“AtaBank” Formula 1 zamanı gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.
Bankdan bildirilib ki, "AtaBank” ASC Azərbaycan paytaxtında ikinci dəfə keçirilən "Formula 1" Azərbaycan Qran-Prisi zamanı bankın aşağıdakı filialları İyunun 23-dən – 25-dək saat 09:00-dan – 21:00-dək gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək:
"Bakı" filialı: Neftçilər pr., 67 ; Tel: (012) 437 23 71, 437 23 72
"Sahil" şöbəsi: Puşkin küç. 9 ; Tel: (012) 598 11 36
Filialların müvəqqəti iş rejiminə keçidi Formula 1 Azərbaycan Qran-Prisi zamanı həm yerli müştərilərə, həm də şəhərin qonaqlarına keyfiyyətli və fasiləsiz xidmət göstərmək məqsədi ilə həyata keçirilir.