Yüksək xidmət səviyyəsi ilə seçilən AtaBank, ATM şəbəkəsini yeniləyərək 3 yeni Cash-in tipli bankomatı müştərilərinin xidmətinə təqdim edib. Bankdan FED.az-a verilən məlumata görə, artıq AtaBank-ın plastik kart istifadəçiləri bu bankomatlar vasitəsi ilə hesablarına dərhal vəsait mədaxil edə biləcəklər. Bu da onlara əməliyyatlarını vaxt itirmədən, daha rahat və sürətli həyata keçirmək imkanı yaradacaq.
Bu terminallardan yalnız bank müştəriləri istifadə edə biləcəklər.
“AtaBank” ASC-nin Marketinq və Kommunikasiyalar Departamentinin direktoru Oruc İbrahimov bildirib ki, “Müştəri məmnunluğuna daim önəm verən AtaBank, yeni məhsul və xidmətləri ilə müştərilərini sevindirərək hər zaman bir addım öndə olmağa çalışır. Gələcəkdə AtaBank-ın ATM şəbəkənin genişləndirilməsi və daha bir neçə bankomatın Cash-in tipli bankomatlarla əvəz edilməsi planlaşdırılır”.
Cash-in ATM-lərin quraşdırıldığı ünvanlar:
“Dostluq” filialı - Azadlıq pr., 124;
“Bakı” filialı - Neftçilər pr., 67;
“28 May” metro stansiyasının daxilində - əsas giriş.
Bankomatlar və Ödəmə terminalları haqqında daha ətraflı məlumatı bu linkə daxil olmaqla əldə edə bilərsiniz.
1993-cü ildən fəaliyyət göstərən "AtaBank" ASC 100% yerli kapitala malik, qabaqcıl texnologiyalı universal Azərbaycan bankıdır. Bank Bakıda və ölkənin müxtəlif regionlarında korporativ və fərdi müştərilərə tam xidmətlər spektrini təqdim edir.