Visa İnternational beynəlxalq ödəniş sisteminin tərəfdaşı olan “AtaBank” daha bir yeniliyə imza atıb. Bank Azərbaycanda ilk dəfə olaraq Visa Signature məhsulunu təqdim edib.
Bankdan FED.az-a daxil olmuş məlumata görə, özəl hazırlanan bu plastik kart Visa kartlarının üstünlüklərini və yüksək statusu özündə cəmləməyə bacarmışdır. Visa Signature nəinki Zaqafqaziyada, hətta Cənub-Şərqi Avropa regionunda belə Azərbaycan banklarından yeganə olaraq “AtaBank” ASC tərəfindən emissiya edilir.
Visa Signature kart sahibləri dünya üzrə müxtəlif xidmət və təkliflərdən yararlana bilirlər. Belə ki, beynəlxalq müştəri və konsyerj xidməti, səhiyyə və sığorta dəstəyi, həmçinin digər imtiyaz və təkliflər sahibinə və onun yaxınlarına olduqları hər yerdə xüsusi status bəxş edəcək.
Ətrafınızdan kimsədə olmayan özəl kartı əldə edin və komfortundan həzz alın.
Həyatınızın hər anında bir addım öndə olmaq üçün AtaBank-dan Visa Signature kartını sifariş edin və Visanın premium kartlar dünyasına qapılar üzünüzə açılsın http://www.visapremium.com .
WhatsApp istifadəçiləri AtaBank-ın WhatsApp əlavəsinə bağlı olan 050 9999136 telefon nömrəsinə yazaraq Visa Signature və digər kartlar haqda məlumatı operativ əldə edə bilərlər.
1993-cü ildən fəaliyyət göstərən “AtaBank” ASC 100 faiz yerli kapitala malik, qabaqcıl texnologiyalı universal Azərbaycan bankıdır. Bank Bakıda və ölkənin müxtəlif regionlarında korporativ və fərdi müştərilərə tam xidmətlər spektrini təqdim edir.