“AtaBank” Qurban Bayramı münasibətilə bütün xalqımızı təbrik edir və bayram günlərində iş rejimi ilə bağlı məlumatı diqqətinizə çatdırır.
FED.az xəbər verir ki, bankın aşağıdakı filialları 23 avqust tarixində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək:
-Bakı filialı - Bakı şəh., Neftçilər pr., 67 ; 09:00 – 18:00 – dək ( fasiləsiz )
-Sahil şöbəsi - Bakı şəh., Puşkin küç.9, qapı 1 və 2 ; 09:00 – 18:00 – dək ( fasiləsiz )
1993-cü ildən fəaliyyət göstərən "AtaBank" ASC 100 faiz yerli kapitala malik, qabaqcıl texnologiyalı universal Azərbaycan bankıdır. Bank Bakıda və ölkənin müxtəlif regionlarında korporativ və fərdi müştərilərə tam xidmətlər spektrini təqdim edir.
"AtaBank" xidmət və məhsulları haqqında daha ətraflı öyrənmək istəyən şəxslər 136 çağrı mərkəzinə zəng vura və ya bankın internet səhifəsini ziyarət edə bilərlər - www.atabank.com