Bu ilin 9 ayı ərzində “Atabank”ın aktivləri 532 milyon 074 min manat olub. Bu ötən ilin eyni dövrü ilə müqayisədə 9,7% azdır.
Eləcə də bax:“Ata Bank”da yeni təyinat – İSLAHATLAR DAVAM EDİR
FED.az bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu ilin yanvar-sentyabr aylarında “Atabank”ın öhdəlikləri 12,4% azalaraq 389 milyon 438 min manat təşkil edib. Həmçinin son bir ildə bankın depozit portfeli də 6,2% azalaraq 286 milyon 267 min manata enib.
Son bir ildə bank müştərilərə 341 milyon 465 min manat kredit verib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 16% azdır.
9 ay ərzində “Atabank”ın gəlirləri 28 milyon 341 min manat, xərcləri isə 33 milyon 310 min manat təşkil edib. Xalis mənfəət əvvəlki dövrlərdə ehtimal olunan kredit itkiləri üçün yaradılmış ehtiyatdan əsaslanır. Ehtiyatdan 4 milyon 991 min manatın azad olması həm əməliyyat zərərini bağlayıb, həm də xalis mənfəət yaradıb. Beləliklə də bank bu ilin 9 ayını 22 min manat xalis mənfəətlə tamamlayıb.