“Ata Bank”ın İdarə Heyətinin sədrinə yeni müavin təyin edilib. FED.az-ın əldə etdiyi məlumata görə, bu Ağakərim Məlikaslanovdur.
Ağakərim Məlikaslanovun Mərkəzi Bankda rəhbər vəzifədə olan şəxsin qohumu olduğu bildirilir. Yeni təyin olunmuş sədr müavinin, bundan öncə “Texnika Bank”da və “AzFinance” İnvestisiya şirkətində çalışdığı qeyd olunur.
Eləcə də bax:Azərbaycanda bank rəhbərliyinə - İTALİYALI BANKİR GƏTİRİLİB
Məlumata görə, Ağakərim Məlikaslanov artıq“Ata Bank”da öz vəzifəsini icra etdiyi və yaxın saatlarda onun təyinatı ilə bağlı rəsmi məlumatın açıqlanacağı bildirilir.
Məlumat üçün bildirək ki, Ağakərim Məlikaslanovun təyinatından sonra bankın idarə heyətinin sədrinin müavinlərinin sayı 4-ə çatıb.
Xatırladaq ki, “AtaBank”da bazar mövqeyinin daha da möhkəmləndirilməsi, xidmət səviyyəsinin yüksəldilməsi və gəlirliliyinin artırılması üçün islahatlar aparılır.
Bir müddət öncə islahatlar çərçivəsində filial şəbəkəsinin optimallaşdırılması ilə yanaşı Müşahidə Şurasının və İdarə Heyətinin dəyişdirilməsinə barədə məlumat verilmişdi. Yeni təyinat da bu islahatların bir hissəsi hesab olunur. Xüsusi qeyd etmək lazımdır ki, “Ata Bank” Azərbaycanda ən böyük kapitala malik banklardan biridir. 145 milyon manatlıq kapital olan bankın potensialından daha səmərəli istifadə edilməsi qarşıya əsas məqsəd qoyulub.