“Ata Bank”ın sədrinin müavini vəzifəsində çalışan Hüseynov Rauf Qəhrəman oğlu dövlət kapitallı səhmdar cəmiyyətə transfer olub.
Eləcə də bax: "Unibank" rəhbərliyində - YENİ TƏYİNAT OLUB
FED.az "banker"ə istinadən xəbər verir ki, R.Hüseynov “Azərbaycan Sənaye Korporasiyası” ASC-də Müşahidə Şurası sədrinin ofisinin rəhbəri təyin edilib.
R.Hüseynov İdarə Heyəti sədrinin müavini kimi 2016-ci ilin aprelindən təyin edilməsinə rəğmən bu bankda Baş Maliyyə İnzibatçısı vəzifəsində də işləməkdə davam edirdi.
Hüseynov ilk karyerasına 2004-cü ildə məhz “Ata Bank” ASC-də başlamışdı.