“Ata Bank” ASC hələ ölkədə maliyyə sektorunun tam stabil olmadğı bir zamanda 1993-cü ildə yaradılıb.
Eləcə də bax: Elman Rüstəmov: "Atabank" və "Amrah Bank"ın problemləri yeni deyil"
FED.az Banker.az-a istinadən məlumat verir ki, 1997-ci ildə bank Bakı Banklarаrası Valyuta Birjasının tamhüquqlu üzvü, 2001 – SWIFT sisteminə qoşulur eyni zamanda, Milli ödəniş sistemi olan AZİPS-in və Azərbaycan Banklar Assosiasiyanın üzvü oldu. 2001-ci ildə Azərbaycanda fond bazarını təşkil edən Bakı Fond Birjası-na üzv seçilir. Daha sonra növbəti illər üzrə Sahibkarlıq Kömək Milli Fondunun Azərbaycan İpoteka Fondunun üzvi seçilir. Bank ilk olaraq region filialını 2003-cü ildə Xaçmazda açır.
Bank kimi ən çox önəmli olanlar isə bankın tarixi üzrə maliyyə göstəriciləri olur. Bank Yaradığı gündən düz 10 il sonra normal audit hesabatı açıqlamalı oldu. Bank 2003-ci ilə qədər 15 milyard köhnə Azərbaycan manatı (AZM) səhm kapitalı, yəni, 3 mln. yeni Azərbaycan manatı kapitalına malik idi. Bank 2017-ci ildə “Caspian Devlopment Bank” ASC-nində ona birləşməsindən sonra 7 dəfə kəskin kapital artımlarına gedərək, 50 mln. manata qədər artırılır.
Bank tarixində bəlli hesabat dövrləri ərzində ilk dəfə 2010-cu ildə yarım milyondan çox zərər edir.
Əsas sahibi dəyişir
Bankın əsas səhmdarı “Ata Holdinq” MMC-nin adı (76%) 2017-ci ildəki səhmdarlar siyahısında yer almır. Onun yerinə “Synergy Group” MMC yer alır (86%).
Uğursuz birləşmə
2015-ci ildə iki dəfə manatın kəskin ucuzlaşması baş tutur. 2016-ci ildə Azərbaycanda maliyyə bazarlarına nəzarət orqanı tərəfindən dəfələrlə bankların sağlamlaşdırılması üçün onlara təklif olaraq digər banklarla birləşməni tövsiyə edir. Əslində, həmin ildəki maliyyə çaxnaşmasından bu tərəfə bir çox bankların birləşməsi məlumatları, şayələri az qala hər həftə yerli KİV-də tirajlansa da, ilk və son olaraq məhz “Ata Bank” və “CDB Bank” arasında baş tutan konsolidasiya olur. Yəni tövsiyəni bu iki bank “eşidir”. Lakin, bu birləşmədən sonra “Ata Bank” üçün uğurlu alınmır, geriləmələr başlayır. Bank elə həmin ildəcə milyona yaxın zərərlə ili tamamladığını elan edir. Kommersiya bankı ilk olaraq 2018-ci ildə və daha sonra 2019-cu ildə audit hesabatını açıqlamaqdan imtina edir.
Lakin, bankın “öz dili” ilə açıqlanan hesabatda bəlli olur ki, aktivləri il ərzində 616 mln. manatdan 581 mln. manata qədər kiçilib, hər necəsə xalis mənfəət açıqlasada 100 min manatı belə ötə bilmir.
1 noyabr 2019-cu il tarixdə bankın 286,27 mln. manat müştərilərinin əmanətləri var. Bu əmanətlərin 133,7 mln. manatı ekvivalentində xarici valyutada olanlardır.
28 aprel 2020-ci il tarixdə isə Azərbaycan Mərkəzi Bankı 5 illik fasilədən sonra əlində olduğu mandatatdan istifadə edərək 21 illik bankı maliyyə durumuna görə lisenziyasını geri çağırlmalı olur. Ləğv olunma ilə bağlı “Ata Bank”la bağlı vəziyyətin daha pis olması səbəbindən “əhalinin əmanətlərinin qaytarılması üzrə öhdəliklərini” icra edə bilməməsini də qeyd edir.
Maliyyə nəticələri illərlə
2003-ci il üzrə səhm kapitalı 5 000 000 AZN ( +2 000 000 AZN artırılır)
Aktivləri: 13 588 200 AZN
Öhdəlikləri: 8344 800 AZN
Faiz gəliri: 1103 490 AZN
Mənfəət/zərəri: 105 930 AZN
2004-ci il üzrə səhm kapitalı 5 000 000 AZN (sabit)
Aktivləri: 31 732 950 AZN
Öhdəlikləri: 24 106 420 AZN
Faiz gəliri: 2 835 240 AZN
Mənfəət/zərəri: 606 090 AZN
2005-ci il üzrə səhm kapitalı 7 000 000 AZN (+ 2 000 000 AZN)
Aktivləri: 31 732 950 AZN
Öhdəlikləri: 24 106 420 AZN
Faiz gəliri: 3 513 230 AZN
Mənfəət/zərəri: 381 560 AZN
2006-cı il üzrə, səhm kapitalı 8 500 000 AZN (+ 1 500 000)
Aktivləri: 62 695 604 AZN
Öhdəlikləri: 24 106 421 AZN
Faiz gəliri: 5 388 678 AZN
Mənfəət/zərəri: 526 225 AZN
2007-ci il üzrə, səhm kapitalı, 11 500 000 AZN (+ 3 000 000)
Aktivləri: 110 934 705 AZN
Öhdəlikləri: 96 330 157 AZN
Faiz gəliri: 11 179 793 AZN
Mənfəət/zərəri: 2 738 023 AZN
2008-ci il üzrə, səhm kapitalı, 15 000 AZN (+4 500 000)
Aktivləri: 152 773 786 AZN
Öhdəlikləri: 128 060 069 AZN
Faiz gəliri: 18 316 926 AZN
Mənfəət/zərəri: 5 447 468 AZN
2009-cu il üzrə, səhm kapitalı 15 000 000 AZN (sabit)
Aktivləri: 198 991 309 AZN
Öhdəlikləri: 170 786 251
Faiz gəliri: 21 076 589 AZN
Mənfəət/zərəri: 3 553 316 AZN
2010-cu il üzrə, səhm kapitalı 25 000 000 AZN (+10 000 000)
Aktivləri: 213 799 267 AZN
Öhdəlikləri: 185 078 036 AZN
Faiz gəliri: 18 584 397 AZN
Mənfəət/zərəri: -598 065 AZN ( 2002-2010 arası qeydə alınan ilk zərər olur )
2011-ci il üzrə, səhm kapitalı 25 000 000 AZN (sabit)
Aktivləri: 229 775 608 AZN
Öhdəlikləri: 197 920 713 AZN
Faiz gəliri: 18 917 013 AZN
Mənfəət/zərəri: 3 133 664 AZN
2012-ci il üzrə, səhm kapitalı 25 000 000 AZN (sabit)
Aktivləri: 285 353 922 AZN
Öhdəlikləri: 248 178 289 AZN
Faiz gəliri: 26 537 861 AZN
Mənfəət/zərəri: 5 320 738 AZN
2013-cü il üzrə, səhm kapitalı 25 000 000 AZN (sabit)
Aktivləri: 373 104 544 AZN
Öhdəlikləri: 325 598 241 AZN
Faiz gəliri: 35 745 820 AZN
Mənfəət/zərəri: 5 127 800 AZN
2014-cü il üzrə, səhm kapitalı 50 000 000 AZN (ikiqat artırılır)
Aktivləri: 577 454 993 AZN
Öhdəlikləri: 516 140 552 AZN
Faiz gəliri: 47 027 675 AZN
Mənfəət/zərəri: 6 236 248 AZN
2015-ci il üzrə, səhm kapitalı, 50 000 000 AZN (sabit)
Aktivləri: 597 633 233 AZN
Öhdəlikləri: 542 615 757 AZN
Faiz gəliri: 58 981 914 AZN
Mənfəət/zərəri: 950 625 AZN
* Ölkədə bu dövridə iki dəfə ardıcıl manatın devalvasiyası baş verir
2016-cı il üzrə, səhm kapitalı 50 000 000 AZN (sabit)
Aktivləri: 464 782 460 AZN
Öhdəlikləri: 410 337 014 AZN
Faiz gəliri: 49 953 608 AZN
Mənfəət/zərəri: -319 123 AZN
2017-ci il üzrə, səhm kapitalı 120 020 000 AZN ( artımın səbəbi CDB Bank ilə birləşməsi)
Aktivləri: 615 784 017 AZN
Öhdəlikləri: 479 827 827 AZN
Faiz gəliri: 42 835 082 AZN
Mənfəət/zərəri: -887 445 AZN
2018-ci il üzrə, səhm kapitalı 120 020 000 AZN (sabit)
Aktivləri: 581 110 090 AZN
Öhdəlikləri: 438 580 110 AZN
Faiz gəliri: 40 357 990 AZN
Mənfəət/zərəri: 66 550 AZN
2019-cu ilin III rübü, səhm kapitalı 120 020 000 AZN (sabit)
Aktivləri: 532 074 230 AZN
Öhdəlikləri: 389 438 040 AZN
Faiz gəliri: 24 856 280 AZN
Mənfəət/zərəri: 22 190 AZN