Asiya İnkişaf Bankının “Accessbank”dakı payının satılması məsələsi hələlik mzakirə olunmur.
FED.az xəbər verir, bunu ADMEDİA reklam şirkətinin təşkilatçılığı ilə Bakıda keçirilən III Maliyyə və İnvestisiya Forumunda Asiya İnkişaf Bankının (ADB) İnvestisiya üzrə baş inzibatçı Sənan Şabanov deyib.
Onun sözlərinə görə, müəssislərdə payların alqı satqı məsələsi Asiya İnkişaf Bankının baş ofisi tərəfindən tənzimlənir.
Qeyd edək ki, Asiya İnkişaf Bankı “Accessbank” da 19,9% paya malikdir.