Asiya İnkişaf Bankının (AİB) İdarə Heyəti Yaponiya Baş nazirinin maliyyə məsələləri üzrə müşaviri Masatsuqu Asakavanı təşkilatın yeni prezidenti seçib.
FED.az xəbər verir ki, bu barədə "Sinhua" agentliyi məlumat yayıb.
Eləcə də bax: Asiya Bankı Azərbaycanla bağlı proqnozlarını - AÇIQLADI
"Cənab Asakavanın beynəlxalq maliyyə sahəsindəki zəngin və rəngarəng təcrübəsi AİB-in çiçəklənən və sabit Asiya-Sakit Okean regionu konsepsiyasını həyata keçirməsinə kömək edəcək", - İdarə Heyətinin sədri Hon Nam Qi deyib.
Qeyd olunur ki, AİB-nin yeni rəhbəri vəzifəsinin icrasına gələn il yanvarın 17-də başlayacaq.
Sentyabrda AİB-nin hazırkı prezidenti Takehiko Nakaonun 2020-ci il yanvarın 16-da vəzifəsindən ayrılacağı bildirilmişdi.
Report