Asiya İnkişaf Bankı (AİB) ilk dəfə Azərbaycan valyutasında obliqasiyalar buraxıb.
Asiya İnkişaf Bankı Azərbaycan bankında payını - ARTIRIB
FED.az xəbər verir ki, Mərkəzi Bankdan verilən məlumata görə, Asiya İnkişaf Bankı özünün ilk obliqasiyalarının buraxılışı çərçivəsində təqribən 8,4 milyon manat cəlb edib.
Buraxılış Azərbaycan manatı ilə denominasiya olunan, lakin ABŞ dollar ilə söndürülən valyuta ilə əlaqəli obliqasiya kimi strukturlaşdırılıb.
“Bu cür struktur AİB-ə baza layihəsi üzrə valyuta risklərini tam yüngülləşdirməyə imkan verir, habelə obliqasiyalara yazılmaq üçün təkcə dollarların mobilizasiyasının tələb olunduğu daha geniş investorlar puluna çıxışı təmin edir”, - bank qeyd edir.
Banka əsasən, 2,5 il müddətlik obliqasiya altı faiz sabit faiz göstəricisinə malikdir və Lüksemburq fodn birjasında kotirovka olunur. Obliqsiyanın təşkilatçısı kimi Goldman Sachs International çıxış edib, yazılmanı isə Capitulum Asset Management GmbH şirkəti tam rəsmiləşdirib.
“Obliqasiyaların buraxılışndan daxilolmalar birbaşa AİB-in Avrora COVID-19 Staple Food Supply Chain layihəsini maliyyələşdirəcək. Layihə “Avrora” MMC-nin fəaliyyətini və 2 600-dan çox əməkdaşın həyat təminatını dəstəkləmək üçün şirkətin likvidliyinə əhəmiyyətli dərəcədə dəstək verəcək”, - AİB vurğulayıb.
Bankın məlumatında layihənin gender inteqrasiyasını dəstəklədiyi, həmçinin buğda və süd məhsullarının istehsalı və bölüşdürülməsi sayəsində ərzaq təhlükəsizliyinə töhfə verdiyi qeyd olunur.
“Obliqasiyaların Azərbaycan manatında buraxılması Mərkəzi Asiyada bir çox borcları olan və artıq Gürcüstan larisi, Qazaxıstan tengesi və Özbəkistan sumu ilə həyata keçirilmiş derivativ sövdələşmələri olan inkişaf etməkdə olan ölkələr arasında AİB tərəfindən yerli valyutada maliyyələşdirmənin güclü təşviqinə əsaslanır”,-AİB xəzinadarı Pyer Van Petegem deyib.
Böyük portfelin buraxılışını şərh edən Capitulum meneceri Teodor Kirnşer bu sövdələşmənin şirkətə öz məqsədini reallaşdırmaqda – Azərbaycanda vəsaitlərin şəffaf fövqəlmilli emitentlə davamlı istifadəsi ilə yerli gəlirliliyə çıxış əldə etməkdə – kömək etdiyini qeyd edib.
Qeyd edək ki, AİB obliqasiyalarının yerli valyutada buraxılışı dollar və ya avrodakı kreditlərlə əlaqəli valyuta risklərini idarə edə bilməyən borcalanlara kredit dəstəyi üçün təkcə maliyyələşdirməni cəlb etmir, həm də kapital bazarının inkişafına səbəb olur.
Xatırladaq ki, AİB ölkədə inkişaf məqsədilə rəsmi yardımın əsas mənbələrindən biridir. AİB tərəfindən Azərbaycanda keçirilən əməliyyatlar özəl sektorun inkişafının stimullaşdırılmasına, dövlərt sektorunun effektivliyinin artırılmasına, infrastrukturun yaxşılaşdırılmasına və insan kapitalının möhkəmlənməsinə yönəlmiş 2019-2023-cü illər üçün ölkə strateji tərəfdaşlığı çərçivəsində həyata keçirilir. Strategiya Azərbaycan hakimiyyətinin milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üçün strateji yol xəritələri ilə sıx əlaqəlidir. 2021-ci ildə Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramının sədri olan Azərbaycan aktiv şəkildə proqramın gündəliyini dəstəkləyib və virtual 20-ci nazirlər konfransı keçirib.
Bugünkü gün AİB Azərbaycanda dövlət sektoru üçün ümumi 3,7 milyard dollar dəyərində 65 kredit, qrant və texniki yardım ayırıb. Azərbaycana kreditlər üzrə toplam ödənişlər 3,93 milyard dollar təşkil edir. Bunlar adi və imtiyazlı kapital resursları hesabına maliyyələşdirilib. AİB-in Azərbaycanda cari suveren portfeli 856,8 milyon dollar dəyərində 2 krediti və 1 suveren zəmanəti əhatə edir. (Trend)