Azərbaycan Sənaye Bankı stabil kredit siyasəti ilə fərqlənir. FED.az xəbər verir ki, bu bankın kredit portfelində vaxtı keçmiş kreditlərin xüsusi çəkisi cəmi 2,61% təşkil etsə də, strukturu maraqlıdır.
Belə ki, bankın ümumi kredit portfeli 270 milyon 753 min manatdır. Bunun 7 milyon 78 min manatı vaxtında qaytarılmayan kreditlərdir. Bankların kredit portfelində həmişə lider olan ticarət və xidmət sahəsi üzrə müştərilər ASB bankdan götürdükləri kreditləri qaytarmamaqda birinci yeri tutur. Bankın açıqladığı rəqəmlərə görə vaxtıkeçmiş kreditlərin 4 milyon 368 min manatı məhz bu sektorun payına düşür. Pulu vaxtında qaytarmayanlar arasında 2 milyon 105 min manatla fiziki şəxslər qərarlaşıb ki, yəqin bu da istehlak kreditlərindən qaynaqlanır. Kənd təsərrüfatı kreditləri 415 min manat, sənayenin digər sahələri üzrə 190 min manat gecikmə var.
ASB hansı sektordan pulunu geri ala bilmir?
10:45
22 May 2018