Azərbycan Sənaye Bankının Marketinq direktoru Rafiq Şahverdiyev işindən ayrılıb. Onun vəzifəsindən ötən gün ayrıldığı bildirilir.
FED.az-ın əldə etdiyi məlumata görə, Rafiq Şahverdiyev öz istəyi ilə vəzifəsindən ayrılıb. Onun yeni iş yerinin bank sektoru olmayacağı bildirilir.
Əldə etdiyimiz məlumata görə, o “Azersun Holdinq” MMC-yə Korporativ Əlaqələr Departamentinə rəhbər təyin edilib.
Eləcə də bax: «Günay Bank»ın rəhbərliyində - DƏYİŞİKLİK GÖZLƏNİLİR
Qeyd edək ki, Rafiq Şahverdiyev Azərbaycan Banklar Assosiasiyasında(ABA) ekspert qurupunun üzvüdür.