Günü-gündən rəqəmsallaşaraq xidmətlərini daha da əlçatan edən Rabitəbank, Rəqəmsal Kredit məhsulunu müştərilərinə təqdim edir.
Eləcə də bax: Rabitəbank önəmli maliyyə institutundan böyük məbləğdə kredit - CƏLB EDİB
Rəqəmsal Kredit – kreditin tam onlayn şəkildə, müştərinin banka yaxınlaşmasına ehtiyac olmadan, Rabita Mobile tətbiqetməsi üzərindən rəsmiləşdirilmə prosesidir.
Belə ki, artıq müştərilər Rabita Mobile üzərindən 30 000 AZN-dək nağd pul krediti əldə edə, 48 ay müddətində ödəyə biləcəklər. Rahatlığı ondadır ki, kredit əldə etmək üçün artıq bir yığın sənəd toplamağa ehtiyac yoxdur, bütün prosedurlar cəmi 1 kliklə həyata keçir.
Nağd Pul Kreditini əldə etmək üçün isə prosedur çox sadədir:
Müştəri Rabita Mobile tətbiqetməsinə daxil olur, vəsaitlərin olduğu bölmədən + ikonunu seçib, “Nağd Pul Krediti” sifarişinə klikləyir. Məbləği və kredit müddətini seçib, komissiyanı hesablayır. Növbəti prosedurda OTP kod gəlir, 6 rəqəmli kodu yığdıqdan sonra sifariş qəbul olunur.
30 000 AZN-dək nağd pul kreditini əldə etmək üçün “Rabita Mobile” tətbiqetməsi üzərindən sorğu göndərin, bütün prosedurları onlayn şəkildə izləyin.
Ətraflı məlumatı 133 çağrı mərkəzindən əldə edə, və yaxud bankın sosial media hesablarına yazaraq ala bilərsiniz.
Instagram: https://www.instagram.com/rabitabank
Facebook: https://www.facebook.com/rabitabank
Rabita Mobile tətbiqetməsini endirmək üçün: https://rbt.az/RBM
"Rabitəbank" ASC, Azərbaycanın 16 regionu və Bakı şəhərində 27 xidmət məntəqəsi və 74 ATM-i, "Rabita Mobile" tətbiqi, İnternet Bankçılıq platforması və "RabitaBot" çatbotu, 133 nömrəli Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir.