“Express24” mobil tətbiqi daim özündə ən son texnoloji yenilikləri və xidmət keyfiyyətini inkişaf etdirməyə davam edir.
Eləcə də bax: Pulunuzu öz evinizə - XƏRCLƏYİN!
İstifadəyə verildiyi gündən etibarən innovativ həlləri uğurla tətbiq edib, müasir texnoloji standartlara cavab verən “Express24” mobil əlavəsi, işləmə funksionallığına görə aparıcı mobil tətbiqlərdən birinə çevrilmişdir.
Mütəmadi olaraq təkmilləşən tətbiq, daha bir xidmət yeniliyini istifadəçilərinə təqdim edir.
Artıq “Express24” mobil tətbiqində “Expressclub” partnyorlarını izləmək mümkündür. Bunun üçün əsas səhifədə “Partnyorlar” bölümünə daxil olun.
Əsas imkanlar:
1. Partnyorların siyahısına baxmaq;
2. Partnyorlardan əldə edilən cashback faizlərinə baxmaq;
3. Partnyorların ünvanları, əlaqə nömrələri və ətraflı məlumata baxmaq;
4. Bir sıra parametrlər üzrə filtrləmə imkanı.
Mobil əlavəni Google Play Market-dən (Android) bit.ly/3ot0Abq və App Store-dan (IOS) apple.co/3cIaHGJ linklərinə keçid edərək yükləyə bilərsiniz. Digər bank məhsulları və xidmətləri barədə ətraflı məlumatı isə Bankın rəsmi saytına https://www.expressbank.az/ daxil olaraq və ya 132 Məlumat mərkəzinə zəng edərək əldə edə bilərsiniz.