Bugün Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən 100 milyon ABŞ dolları məbləğində vəsait hərraca çıxarılıb.
Dövlət Neft Fondundan Fed.az-a verilən məlumata görə, bu vəsaitdən 72,4 milyon ABŞ dolları məbləğində vəsait 20 banka satılmışdır.
İl ərzində ARDNF tərəfindən hərraclar vasitəsilə valyuta satışı davam etdiriləcək.
ARDNF 20 banka 72,4 milyon dollar satıb
13:01
20 Sen 2016