Azərbaycan Mərkəzi Bankı (AMB) aprelin 16-da növbəti valyuta hərracına yekun vurub.
FED.az xəbər verir ki, hələlik ayın ilk yarısında AMB 306 milyon dollardan artıq xarici valyuta satıb.
Belə ki, aprelin 2-də keçirilən hərracda 74,6 milyon dollar, aprelin 7-də keçirilən hərracda 67,2 milyon dollar, aprein 9-da keçirilən hərracda 55 milyon dollar, aprelin 14-də keçirilən hərracda 56,5 milyon dollar, aprelin 16-da keçirilən hərracda isə 53 milyon dollar xarici valyuta satılıb.
Hərracda satılan xarici valyutanın məbləği, son vaxtlar dollara tələbatın azaldığını göstərir. Hələlik aprelin yarısının nəticələri məlumdur və bu yanvar və fevral aylarının nəticələrindən daha yüksəkdir. Bununla yanaşı, ajiotajın müşahidə olunduğu mart ayı ilə müqayisədə valyutaya tələbat kəskin azalıb.