(®️) Rəqəmsal ödənişlərin genişləndirilməsi məqsədi ilə Mərkəzi Bankın Ani Ödənişlər Sistemi (AniPay) layihəsini uğurla ilk yekunlaşdıran bir neçə bankdan biri olaraq “Yapı Kredi Bank Azərbaycan” qarşılıqlı ödəniş əməliyyatları üzrə hesablaşmaları 24*7*365 rejimdə 5-10 saniyə ərzində tam başa çatdırılmasına imkan verən xidməti öz müştərilərinə təqdim edir.
İndi Yapı Kredi Bank müştərisi olan fiziki şəxslər bankın İnternet və Mobil Bankçılıq xidmətlərindən istifadə edərək AniPay vasitəsi ilə ölkə daxilində istənilən şəxsə asanlıqla pul göndərə biləcəklər. Belə ki, pul göndərdikləri şəxsin FİN kodunu və ya əlaqə vasitəsini (mobil nömrəsini və ya email ünvanını) qeyd edərək göndərdikləri pul köçürmələri anında alan tərəfin hesabında görünəcəkdir. Qeyd edək ki, ölkə ərazisində həm filial şəbəkəsi, həm də İnternet və Mobil Bankçılıq məhsulları vasitəsilə bu xidməti ilk təqdim edən dörd bankdan biri olan “Yapı Kredi Bank Azərbaycan”, fiziki şəxslər üçün AniPay üzərindən pul köçürmələrini ödənişsiz həyata keçirir.
Mövcud dönəmdə rəqəmsal bankçılığın əhəmiyyətinin artması ilə əlaqədar Yapı Kredi Bank İnternet və Mobil Bankçılıq məhsullarını yeniləmiş və bu xidmətləri müştəriləri üçün daha rahat hala gətirmişdir. Hazırda demək olar ki, “Yapı Kredi Bank Azərbaycan” müştəriləri mümkün bütün bank əməliyyatlarını rəqəmsal kanallar vasitəsi ilə asanlıqla həyata keçirə bilirlər.
Yapı Kredi Bank Azərbaycan dünyanın bir neçə ölkəsində fəaliyyət göstərən bankçılıq qrupunun üzvüdür. Ana səhmdarı Koç Holding (Türkiyə) olan bank, Azərbaycanda Bakı və Sumqayıt şəhərlərində yerləşən filialları, 7/24 xidmət göstərən Telefon Mərkəzi və İnternet/Mobil Bankçılıq məhsulları ilə müştərilərə geniş çeşiddə xidmət verməkdədir.
Bankın məhsul və xidmətləri barədə məlumatı bankın filiallarından, www.yapikredi.com.az internet adresindən, *0444 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook və Instagram səhifələrindən əldə etmək olar.