Xalq Bank növbəti rəqəmsal həlli təqdim edərək XalqOnline internet və mobil bankçılıq sistemində hüquqi şəxs və fərdi sahibkarlar üçün Ani Ödənişlər Sistemi (AÖS) üzərindən bank əməliyyatlarını əlçatan etdi.
"Xalq Bank"da depozit seyfləri - DAHA SƏRFƏLİ OLDU
FED.az xəbər verir ki, artıq Bankın müştəriləri xidmətdən yararlanmaqla hüquqi şəxs və sahibkar hesabları arasında köçürmələri, vergi və digər ödənişləri bank hesabı üzərindən sadələşdirilmiş identifikatorla 24/7 rejimində onlayn icra edə biləcəklər.
AÖS ölkədaxili manat köçürmələrinin ani və sürətli icrası ilə yanaşı, ödənişlərin hesaba anında qəbulunu da təmin edir. Bu da sahibkarlara müxtəlif ödənişləri iş saatlarını gözləmədən həyata keçirməyə imkan verir.
Həmçinin, qeyd edək ki, müştərinin AÖS qeydiyyatı yoxdursa, XalqOnline üzərindən qeydiyyatdan keçə bilər. Bankın fiziki şəxs və korporativ müştəriləri AÖS əməliyyatlarını həm XalqOnline sistemində, həm də Xalq Bankın filial şəbəkəsində həyata keçirə bilərlər.
Azərbaycan Respublikasının Mərkəzi Bank tərəfindən yaradılmış Ani Ödənişlər Sistemi haqqında ətraflı məlumatı https://anipay.az səhifəsindən əldə etmək mümkündür.