Bank

Ani Ödənişlər Sistemi biznes müştərilər üçün 24/7 rejimində - İlk Olaraq "Yelo Bank"da

Ani Ödənişlər Sistemi biznes müştərilər üçün 24/7 rejimində - İlk Olaraq "Yelo Bank"da | FED.az
18:15 26 Yan 2021

Yelo Bank Azərbaycanda ilk dəfə hüquqi şəxslər və sahibkarlar üçün 24/7 rejimində Ani Ödənişlər Sistemi (AÖS) üzərindən hesablararası köçürmə və ödənişləri  etmək imkanı yaratdı. Sistemdən Yelo Bank-ın internet bankçılıq xidməti vasitəsilə istifadə etmək mümkündür.  

Eləcə də bax: Biznesinizi "Yelo bank"la genişləndirin

FED.az xəbər verir ki, bu xidmətin tətbiqi nəticəsində hüquqi şəxslər, habelə dövlət orqanları arasında hesablaşmaları sadələşdirilmiş identifikatorlar vasitəsilə (VÖEN, mobil nömrə, e-poçt) bank hesabları üzərindən aparmaq olur. Sadalanan əməliyyatları eyni qaydada, Yelo Bank-ın filial şəbəkəsi vasitəsilə də həyata keçirmək mümkündür. Qeyd edək ki, Ani Ödənişlər Sistemi (AÖS) Mərkəzi Bank tərəfindən 2020-ci ildə istifadəyə verilib. Yaxın zamanda AÖS-ün əhatə dairəsinin genişləndirilməsi və funksionallığının artırılması planlaşdırılır.

Əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook və Instagram  hesablarımıza yazın cavablandıraq!

Yelo Bank – Parlaq bankçılıq

Banner

Digər xəbərlər