İlin birinci yarısınında ölkədə valyuta sabitliyinin olması "Amrahbank” ASC-nin gəlirlərini azaldıb. FED.az bankın hesabatına istinadən xəbər verir ki, bank ümumiyyətlə rübü yüksək zərərlə başa vurub. Beləki, bu ilin birinci rübünü 5 384 097,29 manat zərərlə bitirib. Bu isə 2017-ci ilin 31 dekabrına olan zərərdən 5 dəfə çoxdur.
Bankın valyuta əməliyyatları üzrə xalis gəliri 2 009 285,58 manatdan 749 818,47 manata düşüb. Eyni zamanda kredit portfeli azalıb. FED.az bankın hesabatına istinadən xəbər verir ki, bu ilin yanvar -mart aylarında Bankın kredit portfeli 22,95 mln. manat kiçilərək 89,55 mln. manata düşüb.
Bu isə bankın gəlir və xərclərinə də təsir göstərib. Bankın faiz gəlirləri kəskin azalıb və 4 622 219,97 manatdan 2 123 913,18 manata düşüb. Faiz xərcləri 2017-ci ilin sonuna 2 669 891,46 manat idisə, bu ilin üç ayının sonunda 2 867 513,81 manata olub. Bank kreditlərlə bağlı ehtimal olunan zərərlər üzrə ehtiyata ayırmaları artıraraq 2 milyon 644 min manata çatdırıb.
Beləliklə, bank rübü 3 milyon 388 min manat faiz xərci ilə başa vurub. Qeyd edək ki, bankın faiz xərci kəskin artıb, çünki 2017-ci il 31 dekabr tarixinə Amrahbankın faiz xərci 130 min manat təşkil edirdi.
“Amrahbank” ASC ilin ilk fəsli ərzində müştəri tərəfindən cəlb edilən əmanətlrinin həcmini bir qədər artırıb. Hesabata görə, ilin əvvəli ilə müqayisədə 2%, ötən ilin analoji dövrü ilə müqayisədə isə 13% artırararaq depozit portfelini 142,25 mln manatdan çatdırıb.
Bankın digər müsbət göstəricisi, digər banklar qarşısında olan öhdəliyin 5 dəfə azaltmasıdır. Belə ki, ötən ilin analoji dövrü ilə müqayisədə azaldaraq 13,41 mln. manata düşüb. Bu azalma bankın cəmi öhdəliklərinə də təsir edərək 161,22 mln. manata kimi endirib.
“Amrahbank”ın cəmi aktivləri 198,32 mln. manat təşkil edib. Bu da ötən illə müqayisədə azalma deməkdir. Aktivlərə əsas təsir amili kimi kredit portfelindəki əsaslı azalmanı göstərmək olar. Bankın kredit portfeli 22,95 mln. manat kiçilərək 89,55 mln. manata düşüb.
Eyni zamanda Amrahbank nizamnamə kapitalı kəskin azalıb. Beləki, səhmdar kapitalı 53 milyondan 37 milyona düşüb. Bu, isə bankın "qırmızı zonaya"düşdüyünü göstərir.