«Amrahbank» ASC 2019-cu ilin ilk yarısı üzrə hesabatını təqdim edib. FED.az xəbər verir ki, ilk yarım ildə bankın faiz gəlirləri 5,9 milyn manat, faiz xərcləri 6,2 milyon manat təşkil edib. Ötən ilin eyni lövrü ilə müqayisədə bankın faiz gəlirləri 2,1 milyon manat artıb.
Bankın qeyri faiz gəlirləri 2,9 milyon manat, qeyri-faiz xərcləri 541 min manat, nəticədə xalik qeyri-faiz gəlirləri 2,34 milyon manat təşkil edib.
Bu dövrdə «Amrahbank»ın əməliyyai gəlirləri 827 min manat, əməliyyat xərcləri 6,1 milyon manat təşkil edib. Nəticədə bank 2-ci rübü 5 milyon 278 min manat zərərlə başa vurub.
Bu dövrdə bankın aktivləri artıb – hesabata görə, hazırda «Amrahbank»ın aktivləri 5,7 milyon manat artaraq 202 milyon manata çatıb. Bankın öhdəlikləri isə 25,7 milyon manat artaraq 187,5 milyon manata yüksəlib.
Bu dövrdə bankdakı depozitlər 16,6 milyon mana artaraq 166,3 milyon manata çatıb. Kreit portfeli isə 10 milyon manat artaraq 104 milyon manatı keçib.
«Amrahbank»ın vəziyyəti məlum oldu – BANK HESABATI
19:13
31 İyul 2019