"Amrahbank" ASC-nin aktivləri illik müqayisədə 15,7% azalaraq 2017-ci il yanvarın 1-nə 256,2 mln. manat təşkil edib.
Bankdan verilən xəbərə görə, müştərilərə verilmiş kreditlər 14,4% azalaraq 138,5 mln. manat olub. Hesabat ilində depozitlər də 8,88% azalaraq 141,4 mln. manata enib.
Bank ötən ildə 8 422 657 manat zərər edib ki, bu da öz növbəsində əvvəlki illə müqayisədə 36,1% artım deməkdir. Bankın faiz gəlirləri 7,7% azalaraq 24 687 703 manat, faiz xərcləri 20,88% artaraq 14 317 557 manat təşkil edib. Haqq və komissiya gəlirləri 15,2% artaraq 2 426 635 manat, xərcləri 55,2% artaraq 771 422 manat olub.
Qeyd edək ki, cari il yanvarın 1-nə əsasən Bankın bölüşdürülməmiş mənfəəti 2 315 058 manat təşkil edib. Bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3,7 dəfə azalma deməkdir.
Bankın səhmdar kapitalı isə dəyişməz qalaraq 39 844 400 manat təşkil edib.