“Amrahbank”ın faiz gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə artıb.
FED.az xəbər verir ki, bankdan daxil olmuş press-relizdə bildirilir ki, 2019-cu ilin 3-cü rübünün sonuna “Amrahbank”ın faiz gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 milyon 710 min manat və ya 45.3 faiz artaraq 8,7 milyon manat təşkil edib.
Eləcə də bax: Qazanan və zərər edən banklar - MƏLUM OLDU - SİYAHI
Bankın depozit portfelində də atrım baş verib. 30 sentyabr 2019-cu il tarixinə bankın müştəri hesabları, o cümlədən müddətli və tələbli depozitlər 163 milyon 390 min manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1 milyon 900 min manat və ya 1.17 faiz çox deməkdir.
Eləcə də bax: Banklar 3 rübü necə başa vurdu - MƏNFƏƏT- ZƏRƏR - SİYAHI - YENİLƏNİR
30 sentyabr 2019-cu ilin sonuna olan məlumata görə, “Amrahbank”ın kredit portfeli 100 milyon 226 min manat təşkil edib.