Azərbaycan bank sektorunun ən iri və aktiv banklarından olan “Amrahbank” ASC-nin baş ofisi artıq yeni ünvanda fəaliyyətə başlayıb.
FED.az xəbər verir ki, belə ki əvvəllər bankın baş ofisi Hüseynqulu Saratov 45 A- da yerləşib. Lakin bank özü üçün bina inşa etdirdiyindən yeni ofisə - Xocalı prospekti 36 A ünvanına köçüb. Məlumat üçün bildirək ki, “Amrahbank” ASC çox az saylı banklardandır ki, bankın öz inzibati binası var.
Bankın baş ofisindən başqa 1 şöbəsi və 21 filialı fəaliyyət göstərir. “Amrahbank”ın Bakı ilə yanaşı Sumqayıt , Masallı, Lənkəran, Bərdə, Gəncə və Şəmkirdə filialları müştərilərə xidmət göstərir.
Bankın baş ofisində müştərilərə geniş çeşiddə və keyfiyyətli bank məhsulları və xidmətlər təklif olunur. Belə ki, fiziki və hüquqi şəxslər depozit hesabların açılması, hesablaşma-kassa xidmətləri, valyuta mübadiləsi, kommunal xidmətlər üzrə ödəniş, pul vəsaitlərinin göndərilməsi və alınması, plastik kartların sifarişi, internet bankinqə qoşulma kimi xidmətlərdən istifadə edə bilər.
“Amrahbank”ın baş ofisi yeni ünvanda - XOCALI PR. 36A
10:04
21 May 2019