"02.10.2019-cu il tarixində media saytlarının birində 77 yaşlı Bakı şəhər sakini Burlaçuk Qalina Andreyevnanın müraciəti əsasında yayımlanmış məlumat həqiqətə uyğun deyil".
Bu, barədə “Amrahbank”ın açıqlamasında deyilir.
Müraciətə əsasən bildirilir ki, guya 2006-2008-ci il tarixlərində Qalina Burlaçuk “Amrahbank” ASC-yə əmanət kimi pul vəsaiti yerləşdirmiş və bank da həmin pulları mənimsəmişdir.
“Amrahbank” ASC edilən müraciətlə əlaqədar olaraq bildirir ki, Bakı Apellyasiya məhkəməsinin Mulki Kollegiyasının 29.12.2016-cı il tarixli və Ali Məhkəmə Mülki Kollegiyasının 2(102)-2947/2017 saylı 09 iyun 2017-ci il tarixli qərarlarında tam sübuta yetirilmişdir ki, Burlaçuk Qalina “Amrahbank” ASC-yə hec bir əmanət yerləşdirməmişdir:
“Qətnamədə qeyd edildiyi kimi, Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən Burlaçuk Qalina Aleksandrovnaya ünvanlanmış 07.08.2012-ci il tarixli məktubdan müəyyən olunur ki, Qalina Burlaçukun adına "Amrahbank" ASC-nin balansında heç bir məlumat mövcud deyil və onun adına əmanət hesabı açılmamışdır.
Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 31.03.2014-cü il tarixli 2703 saylı rəyindən də müəyyən olunur ki, Burlaçuk Qalina Aleksandrovna ilə bağlanmış əmanət müqavilələri saxtalaşdırılıb.
Xatırladırıq ki, "Amrahbank" ASC Azərbaycan banklarıı arasında özünəməxsus yeri olan, düzgün bank siyasəti aparan ən etibarlıı banklardan biridir”.