“Amrahbank” ASC-nin İnsan Resursları (HR) Departamentinin direktoru Sevinc Musayeva vəzifəsindən ayrılıb.
FED.az xəbər verir ki, S.Musayeva bundan sonra xarici holdinqlərin birində fəaliyyət göstərəcək. Keçmiş HR-ın hansı holdinqə getdiyi açıqlanmasa da, bunun bank sektoru ilə bağlı olmadığı deyilir.
Qeyd edək ki, S.Musayevanın “Amrahbank”da 2012-ci ildən rəhbərlik etdiyi departamentə təyinat yoxdur.