14.03.2017-ci il tarixində Amrahbank kollektivi “Park Bulvar” Ticarət Mərkəzində Mərkəzi Bankın təşəbbüsü ilə keçirilən “Novruz Xonçası” tədbiriində aktiv iştirak etdi. Digər bank-maliyyə qurumlarının da iştirakı ilə həyata keçirilən tədbir xüsusilə İlaxır Çərşənbə gününə həsr olunmuşdu. Amrahbank işçilərinin geyindiyi milli kostyumlar, kollektivin hazırladığı Novruz kompazisiyası əhalı tərəfindən, o cümlədən Ticarət Mərkəzini ziyarət edən xarici turistlər tərəfindən büyuk rəğbətlə qarşılandı. Gün ərzində əhaliyə bayram hədiyyələri verildi, ödəniş kartları, nağdsız ödənişlərin üstünlükləri, əmanətlər və digər Bank məhsulları haqında, turistlərə isə Bank məhsullarından əlavə xalqımızın Novruz Bayramı, onun ənənələri haqqında ətraflı məlumatlar verildi, bol –bol fotoşəkillər çəkildi. Tədbir saat 20:00-a qədər davam etdi.
Novruz Bayramınız Mübarək Olsun!
Arzu edirik ki, bu Novruz Bayramında axan sular bütün dərdlərinizi yuyub aparsın, əsən yellər evlərinizə şadlıq, rahatlıq gətirsin, ağrı- acılarınız odda qalsın, ümidləriniz torpaqda cücərsin. Amrahbank!
Sizə açıq və aydın bank!