Bu ilin ikincü rübündə bankın faiz gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfədən çox azalaraq 7 mln 801 min manatdan 3 mln 773 min manata düşüb. Faiz xərcləri isə əksinə, 4,6% artaraq 5 mln 614 min manata çatıb. Nəticədə bank ilin ilk yarısını xalis faiz xərcləri lə tamamlayıb - 4 mln 230 min manat. Xalis qeyri-faiz gəlirləri 35,3% azalaraq 2 mln 896 min manata enib.
«Turanbank» mənfəətə çıxdı – HESABAT
Yekunda bank bu ilin 2 ci rübünü ötən il kimi zərərlə başa vurub və bu zərər 2,71 dəfə artaraq 8 mln 81 min manata kimi yüksəlib.Bankın hesabatlarından aydın olur ki, «Amrahbank»ın səhmdarları mənfəti sonuncu dəfə 2014-cü ildə görüblər, bankın internet səhifəsində ingiliscə yerləşdirilən hesabata görə, həmin il mənfəət – 4 milyon 188 min manat olub. Ondan sonra sonra bankda zərər dövrü başlayıb.
2018-ci ilin 2 ci rübündə bankın demək olar ki, bütün əsas göstəriciləri geriləyib. Belə ki cəmi aktivlər ötən ilə nisbətən 18,5% azalaraq 241 milyon manatdan 196,2 mln manata düşüb. Cəmi öhdəliklər 14,6% azalaraq 161 mln 793 min manata enib.
Bankın cəmi kapitalı isə 33,1% azalaraq 34 mln 423 min manat olub. Qeyd edək ki, bu, AMB-nin banklar qarşısında qoyduğu tələbdən (50 milyon manat) aşağıdır. Xatırladaq ki, «Amrahbank» 2017-ci ili də tələbdən aşağı həddə – 45 milyon manatlıq kapitala başa vurmuşdu.