«Amrahbank» ASC 2019-cu ilin ilk 5 ayında bəzi maliyyə göstəricilərində müsbət nəticələrə nail olub. Bankdan FED.az-a verilən məlumata görə, yanvar-may ayları ərzində «Amrahbank» ASC-nin faiz gəlirləri 2018-ci ilin 5 ayı ilə müqayisədə 3,2 dəfədən çox artaraq 10 milyon 488 min manat təşkil edib. Əməliyyat gəlirləri müvafiq dövrlə müqayisədə 3 milyon 104 min manatdan çox olub. 2019-cu ilin 5 ayı ərzində haqq və komissiya gəlirləri isə ötən ilin 5 ayı ilə müqayisədə 16,14% artaraq 1 milyon 530 min manat təşkil etmişdir.
2019-cu ilin 5 ayı ərzində Bankın kredit portfeli 2018-ci ilin 5 ayı ilə müqayisədə 9 milyon 938 min manat artaraq, 2019-cu ilin 5 ayında 119 milyon 492 min manat təşkil edib.
Hər bir bankda olduğu kimi “Amrahbank”ın fəaliyyətində də müştəri etimadı faktorunun göstəricisi kimi depozit portfeli müstəsna əhəmiyyət kəsb edir.
2019-cu ilin 5 ayı ərzində “Amrahbank”ın cəlb olunmuş vəsaitlərində də artım müşahidə olunub. 2019-cu ilin 5 ayında 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin əmanətlərinin həcmi də 13%-ə qədər artıb.