FED.az xəbər verir ki, hazırda "AmrahBank" dollar satışını dayandırıb.
Bankdan aldığımız məlumata görə, hazırda heç bir filialında dollar satılmır. Bunun səbəblərinə gəlincə isə Bankın nümayəndəsi bildirdi ki, hər hansı məlumata malik deyillər.
Əlavə etdi ki, yalnız günorta saat 1-dən sonra istənilən filialdan dollar almaq ehtimalı var.
Qeyd edək ki , "Amrah Bank" ın 13 aprel 2018 tarixinə olan elan etdiyi kursa əsasən, 1 dolların alışı 1.7015 AZN, satış isə 1.7045 AZN təşkil edir.