“Amrahbank” ASC 2018-ci ilin 3-cü rübü üçün maliyyə nəticələrini açıqlayıb.
FED.az bankın “Mənfəət və Zərər” haqqında hesabata əsasən xəbər verir ki, bankın hesabat dövrü ərzində faiz gəlirləri 5 mln 982,1 min manat, faiz xərcləri isə 8 mln 355,5 min manat olub. Kreditlər üzrə ehtimal olunan zərərlər üçün 2 mln 461 min manat ehtiyat ayrıldıqdan sonra bankın xalis faiz zərəri 4 mln 834, 3 min manat olub. .
Bankın hesabat dövründə haqq və komissiya gəlirləri 2 mln 987,5 min manat, haqq və komissiya xərcləri isə 789,4 min manat olub.
Yekunda bank hesabat dövrünü 10 mln 283 min manat zərərlə başa vurub.
FED.az “Amrahbank”ın “Blans” hesabatına istinadən bildirir ki, hesabat dövrünün sonunda bankın cəmi aktivləri ilin əvvəlinə nisbətən 1,11% artaraq 207 mln 44 min manata çatıb, cəmi kapital isə 32 mln 244 min manat olub.
3-cü rübdə bankın kredit portfelində də artım baş verib. Balans hesabatına əsasən, ilin əvvəlinə nisbətən kredit portfeli 7,14% artaraq 105 mln 830 min manat olub.
“Amrahbank” ASC-in vəziyyəti məlum olub – HESABAT
15:14
31 Okt 2018