“Amrahank”ın səhmdar kapitalında ciddi dəyişiklik müşahidə olunur. FED.az xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə səhmdar kapitalı 16 milyon azalaraq, 53 milyon 457 min manatdan 37 milyon 110 min manata düşüb.
Əlavə edək ki, bankın səhmdar kapitalında xalis dəyişiklər 2 milyon 572 min manat azalma ilə müşahidə olunub. Ötən ilin eyni dövründə isə azalma 439 min 488 min manat idi. Bankın maliyyə göstəricilərində bu vəsait, yəni 2 milyon 572 min manat azalma, maliyyə fəaliyyətində istifadə olunan xalis pul kimi göstərilir. Cari il üçün bölüşdürülməmiş zərəri isə 5 milyon 384 min 97 manatdır.
“Amrahank”ın səhmdar kapitalında ciddi azalma
11:02
27 Aprel 2018