İllərdir Rusiyaya bir sıra sanksiya tətbiq edən ABŞ, Rusiya rəhbərliyini cəzalandıracaq ən aqressiv sanksiya qərarlarından birini açıqlayıb.
FED.az xəbər verir ki, aralarında Rusiya Prezidenti Vladimir Putinə yaxınlığı ilə tanınan adların da olduğu yeddi Rus oliqarxı, 17 hökumət səlahiyyətlisi və 12 qurum sanksiyanın əhatə dairəsinə daxil edilib.
Sanksiya tətbiq edilən şəxs və qurumlar, ABŞ-ın 2016-da Prezident Seçkilərinə müdaxilədə, Krımın ilhaqı, Şərqi Ukraynadakı şiddət və Əsəd rejiminə silah dəstəyi təmin etməklə günahlandırlır.
Ekspertlərə görə, sanksiya qərarı başda alüminium, enerji və maliyyə olmaq üzrə Rusiya iqtisadiyyatına ağır zərər verə bilər.
QAZPROM HƏDƏFDƏ
Sanksiya qoyulan Rus iş adamları arasında atom stansiyası investisiyaları olan Oleq Deripaska, qızıl istehsalçısı Süleyman Kərimov, alüminium istehsalçısı Viktor Vekselberg və Kirill Shamalov var.
Sanksiya tətbiq olunan dövlət vəzifəliləri arasında isə "Gazprombank"ın İdarə Heyətinin sədri Andrey Akimov, VTB Bank-ın İdarə Heyətinin sədri Andrey Kostin, Qazprom-un İdarə Heyətinin Sədri Aleksey Miller də yer alır.
Bank VTB, Azərbaycanda fəaliyət göstərən "Bank VTB (Azərbaycan)" ASC-nin səhmlərin 99,9999 %-nə sahibdir.
Sanksiya siyahısı ilə buradan tanış ola bilərsiniz (marja.az).