“Bir sıra makro prodonsal siyasətlə bağlı qərarlar qəbul etmişik. Bu da infyasiyanın azaldılmasına və manatın alıcılıq qabiliyyətinin yüksəldilməsinə xidmət edir”
Taleh Kazımov: “Hazırda idxaldan gələn xərc amillərinə görə infilyasiyada artım müşahidə edirik"
FED.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankın Baş direktoru Vüqar Əhmədov növbəti mətbuat konfransında faiz qərarları barədə danışarkən deyib.
“Bu qərara təsir edən amillər birtərəfli deyil. Burada azaldıcı və artırıcı amillər var. Xüsusən də biz infyasiya ilə əlaqəli proseslərə, bununla bağlı proqnozlara nəzər yetirsək, görürük ki, infyasiyanı həm azaldan, həm də artıran amillər var. Lakin bizim üçün ən vacib olanı ötən iclasdan bəri bu artıcı və azaldıcı amillərin nisbətini izləyirik. Məlum olur ki, azaldıcı amillər əhəmiyyətlidir. Burada nominal effektiv məzənnənin möhkəmlənməsidir, iyunda dünya ərzaq qiymətlərinin dinamikasıdır. Qeyd edim ki, dünya ərzaq qiymətləri 2 aydır ki, ardıcıl olaraq ucuzlaşmaqdadır. Təchizat, logistika xərclərini xarakterizə edən indekslərdə azalmanı müşahidə edirik”.
Onu sözlərinə görə, məcburi ehtiyat normalarının qaldırılması ilə qərar qəbul edilib: “Bir sıra makro prodonsal siyasətlə bağlı qərarlar qəbul etmişik. Bu da infyasiyanın azaldılmasına və manatın alıcılıq qabiliyyətinin yüksəldilməsinə xidmət edir”.