Bu gün Azərbaycan Mərkəzi Bankından (AMB) kommersiya banklara məktub daxil olub.
FED.az xəbər verir ki,. APA-nın məlumatına görə, AMB-nin İdarə Heyəti sədrinin birinci müavini Alim Quliyevin imzası ilə daxil olan məktubda deyilir:
"Milli Ödəniş Sisteminin İştirakçılarına.
Dövlət büdcəsinə daxilolmaların və xərclərin kütləviliyini, hesablaşmaların başa çatdırılmasının təmin edilməsi zəruriliyini nəzərə alaraq, ölkədaxili hesablaşma-kassa əməliyyatlarının aparılması məqsədilə 30.09.2017-ci il tarixi bank sistemi üçün rəsmi
iş günü elan edilir. Eyni zamanda bildiririk ki, ödəniş sistemləri üzrə 30.09.2017-ci il tarixi yeni əməliyyat günü hesab edilir.
Xahiş edirik, nəzərə alasınız".