Azərbaycan Mərkəzi Bankı (AMB) yerli banklarla kənd təsərrüfatı sahəsində risklərin qiymətləndirilməsi üçün yeni alətlər üzərində işləyir.
Banklar yaşıl kreditlər üzrə Mərkəzi Banka hesabat verəcək
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrləri ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.
“Bilirik ki, kənd təsərrüfatı ölkəmizdə prioritet sektordur. Bu sahədə texnoloji həllərin tətbiqi genişlənir, risklərin daha dəqiq qiymətləndirilməsi istiqamətində işlər aparılır. Eyni zamanda, dövlət tərəfindən subsidiyalar və digər dəstək mexanizmləri vasitəsilə sektorun maliyyə resurslarına çıxşı təmin olunur. Bu tədbirlər kənd təsərrüfatında fəaliyyətin genişlənməsinə və maliyyləşmənin davamlılığının artırılmasına xidmət edir. Ümid edirəm ki, görüləcək işlərin bəhrəsini görəcəyik”, - deyə T.Kazımov qeyd edib.














