Azərbaycan Mərkəzi Bankı maliyyə sektorunun iştirakçılıq səviyyəsinin genişləndirilməsi istiqamətində işlərin həyata keçirilməsini planlaşdırır.
FED.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının İdarə heyətinin sədri Taleh Kazımov Azərbaycan və Dünya Bankı arasında tərəfdaşlığın 30-cu ildönümünə həsr olunan tədbirdə çıxış edərkən deyib.
Onun sözlərinə görə, bu baxımdan mikromaliyyələşdirilmə və qeyri-bank kredit təşkilatlarına dair ayrıca strategiya hazırlanır, hansı ki, maliyyə xidmətlərinin inklüzivliyinin artırılmasını planlaşdırır.
"Mikrosahibkarlar və istehlakçılar üçün hazırda biz bir layihə maliyyələşməsi çərçivəsini sekyuritizasiya və sindikasiya çərçivələrini hazırlamaqdayıq. Bu yaxınlarda onlar qəbul edilərək bazarlarda tətbiq ediləcək. Ümid edirik ki, Azərbaycanda real sektorun maliyyələşməsində onun böyük töhfəsi olacaq" - deyə, Taleh Kazımov qeyd edib (APA).