Bank sektorunun mənfəəti yüksəkdir, 368 milyon manat dividend ödənilib
FED.az xəbər verir ki, bu fikirləri Azərbaycan Mərkəzi Bankının Maliyyə sabitliyi departamentinin direktoru Ataxan Həsənov Mərkəzi Bankın keçirdiyi təqdimatda bildirib.
O qeyd edib ki, bank sektoru yüksək mənfəətlilik fonunda 368 milyon manat məbləğində dividend ödənişi həyata keçirib. Eyni zamanda, sektor üzrə ümumi mənfəətlilik yüksək səviyyədə qalır. Direktorun sözlərinə görə, kredit portfeli də 12% artım göstərib və bu artım həm biznes, həm istehlak, həm də ipoteka kreditlərində müşahidə olunub.