2019-cu ildə Azərbaycan Mərkəzi Bankı (AMB) pul siyasətinə 8 dəfə baxmağı planlaşdırır.
Qurumdan verilən məlumatda bildirilir ki, AMB-nin pul siyasəti qərarları ictimaiyyətə fevralın 1-də, martın 15-də, aprelin 26-da, iyunun 7-də, iyulun 26-da, sentyabrın 13-də, oktyabrın 25-də və dekabrın 13-də açıqlanacaq.
Qərarlardan 4-nü qurumun sədri Elman Rüstəmov keçirəcəyi mətbuat konfransında açıqlayacaq. Media nümayəndələri ilə görüşlər fevral, aprel, iyul və oktyabr aylarına nəzərdə tutulub.