Banklar və “Azərpoçt” MMC sistemləri üzrə mart ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı 22 milyon 409 min ədəd təşkil edib.
FED.az biznes və maliyyə xəbərləri portalı Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, aya nəzərən 62 min ədəd çoxdur. Eyni zamanda keçən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 10% artıqdır.
Hesabat dövründə ödəniş kartlarında debet kartlarının sayı 12% artıb, kredit kartlarının sayı isə 9% azalıb.
Qeyd edək ki, ötən ildən etibarən AMB kredit kartlarının verilməsi ilə bağlı şərtləri sərtləşdirib. Belə ki, borcalanın kredit kartı onun xalis vergidən sonrakı gəlirinin maksimum 5 misli ilə məhdudlaşdırılır.














