Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracının nəticələri məlum olub. FED.az xəbər verir ki, 24.06.2019-cu il tarixində Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 813,4 mln. manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 6,51% təşkil edib.
Belə ki, Mərkəzi Bank tərəfindən cəlb olunması nəzərdə tutulan 150 milyon manatın cəlb edilməsi baş tutub. Bununla da hərracda tələb təklifi 5 dəfədən çox üstələyib.
                                                    
                                                    
                    AMB nin hərracında tələb təklifi 5 dəfədən çox üstələyib
                            
                            
                        
                            13:12
                            24 İyun 2019
                        
                        





                
                
                
                
                
                
                
                
                
                
                
                







