Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Ziya Əliyev Mərkəzi Asiya, Qara dəniz regionu və Balkan ölkələrinin Mərkəzi bank sədrləri Klubunun 36-ı yığıncağında iştirak etmək üçün İsrailə səfər edib.
Yığıncaqda bank sistemində kibertəhlükəsizliyin idarə olunması və innovasiyaların tətbiqi məsələləri müzakirə olunacaq. Toplantı çərçivəsində mərkəzi bank və maliyyə qurumlarının rəhbərləri ilə görüşlər planlaşdırılır.