Azərbaycan Mərkəzi Bankının (AMB) Ani Ödəniş Sistemi 2020-ci ilin ortalarında istifadəyə veriləcək.
FED.az xəbər verir ki, bunu KİV nümayəndələri üçün keçirilən maarifləndirici treninqdə çıxış edən AMB-nin Ödəniş sistemləri və hesablaşmalar departamentinin Milli ödəniş sisteminin inkişafı şöbəsinin rəisi Ramil Mahmudov deyib.
Eləcə də bax: Mərkəzi Bankın kriptovalyutalarla bağlı konkret addım - ATACAĞI GÖZLƏNİLMİR
Onun sözlərinə görə, bu istiqamətdə görüləcək işlər çərçivəsində həm qanunvericilik, həm də ödəniş sistemlərinin texniki arxitekturası yenilənməlidir.
"Bildiyiniz kimi, ölkədə yeni nəsil kassa aparatları tətbiq olunmasına artıq start verilib. Bu, çox təqdirəlayiq və innovativ layihədir. Bu layihə ilə anin ödənişlər layihələrinin əlaqələndirilməsi ilə bağlı Vergilər Nazirliyi ilə görüşlərimiz keçirilib. Yeni nəsil kassa aparatları üzərindən Ani Ödəniş Sistemi vasitəsilə ödənişlərin qəbul olunması gündəmdədir. Gələcəkdə mağazalarda bir qurğu üzərindən həm ödəniş terminalı olacaq, həm də kassa aparatı. Bu aparatlarda kart və mobil telefonla ödənişlər aparmaq mümkün olacaq", - deyə R. Mahmudov qeyd edib.
Apa