“Azərbaycan Mərkəzi Bankının depozit hərraclarına bankların marağı artır”.
Bunu bu gün Bakıda Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığı ilə keçirilən “Bank sisteminin yeni inkişaf dövrünə adaptasiyası” adlı II Bankçılıq Forumunda (İslahatlar, Nəticələr və Perspektivlər) Mərkəzi Bankın İdarə Heyətinin sədr müavini Alim Quliyev deyib. Onun sözlərinə görə, bankların depozit hərraclarında iştirakı 5 dəfə artıb.
“Hazırda depozit hərraclarında iştirak edən bankların sayı 20-yə yüksəlib. Bu il ərzində banklar tərəfindən Azərbaycan Mərkəzi Bankının likvidlikvermə alətlərinə tələb olmayıb”, - deyə A.Quliyev vurğulayıb.