Bu gün lisenziyası ləğv edilən “Günay Bank” ASC-nin ölkənin bank sisteminin aktivlərində xüsusi çəkisi 0.6%, kredit portfelində 1%, sektorun öhdəliklərində isə cəmi 0.5% təşkil edir.
TƏCİLİ: “Günay Bank”ın lisenziyası ləğv edildi və müvəqqəti inzibatçı - TƏYİN EDİLDİ
FED.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinad edir.
“Günay Bank” ASC-nin bank lisenziyasının ləğvi bank sektorunun maliyyə dayanıqlığı və maliyyə sabitliyinə heç bir təhdid yaratmır”- deyə, AMB-dən bildirilir.