Azərbaycan Mərkəzi Bankının (AMB) dövriyyədə olan notları 17 yanvar 2020-ci il tarixinə 310 mln. manat təşkil edib.
Eləcə də bax: Növbəti depozit hərracı keçiriləcək - MƏBLƏĞ
FED.az “APA”ya istinadən xəbər verrir ki, dövriyyədə olan notların həcmi aylıq ifadədə 2,3 dəfə azalıb.
Qeyd edək ki, 2019-cu ilin əvvəlində 1 008,27 mln. manat səviyyəsində olan dövriyyədəki notların həcmi azalaraq ilin yarısında (07.06.2019) 700 mln. manata düşüb. Daha sonra isə AMB dövriyyədə olan notlarının həcmini 2019-cu ilin iyun ayından etibarən 670-700 mln. manat səviyyəsində saxlayıb.
Bildirək ki, 28 günlük notlar üzrə son faiz dərəcəsi 5,76%, 84 günlük notlar üzrə 5,50%, 168 günlük notlar üzrə 4,48%, 252 günlük notlar üzrə 6,14% təşkil edib.