Bank

AMB depozit hərracında - 150 Mln. Manat Cəlb Edib

AMB depozit hərracında - 150 Mln. Manat Cəlb Edib | FED.az
11:44 10 Avq 2020

Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən keçirilmiş depozit hərracının nəticələri açıqlanıb.

FED.az xəbər verir ki, AMB-dən verilən məlumata görə, 10.08.2020-ci il tarixində Mərkəzi Bank tərəfindən 14 gün müddətinə vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş depozit hərracında tələb 621,5 mln. manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 6,26% təşkil edib.

Nəticədə, hərrac zamanı AMB 150 mln. manat vəsait cəlb edib.

Digər xəbərlər