Azərbaycan Mərkəzi Bankı (AMB) dekabrın 12-də növbəti depozit hərracı keçirəcək. Bu barədə Fed.az-a AMB-dən məlumat verilib.
Mərkəzi Bank dekabrın 12-də keçirəcəyi növbəti depozit hərracında 14 gün müddətinə 50 mln. manat cəlb etməyi nəzərdə tutur.
Cəlb olunan vəsaitlər üzrə faiz dərəcəsi 12,01%-14,99% təşkil edir.
Xəbər verildiyi kimi, AMB iyun ayında depozit hərraclarının keçirilməsinə başlayıb.