Azərbaycan Mərkəzi Bankı (AMB) bu il ölkədə inflyasiyanın 4%-dən çox olmayacağını gözləyir. FED.az xəbər verir ki, bu barədə AMB-nin sədri Elman Rüstəmov keçirdiyi mətbuat konfransında bildirib.
Eləcə də bax:“Manat revalvasiya təzyiqi altındadır" - MƏRKƏZİ BANKIN SƏDRİ
Onun sözlərinə görə, bu ilin sonuna Azərbaycanda inflyasiyanın 4±2% çərçivəsində olacağı proqnozlaşdırılır.
"Ümid edirik, biz inflyasiya göstəricisini lövbərləşdirə biləcəyik", - deyə E. Rüstəmov qeyd edib.
O həmçinin bildirib ki, göstərici artarsa, müvafiq tədbirlər həyata keçiriləcək.